"Qalatasaray" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda İtaliyanın "Yuventus" komandasını 5:2 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, qarşılaşmadan sonra İstanbul klubunun baş məşqçisi Okan Buruk qələbəni şərh edib.
"Fasilədə futbolçularımı göstərdikləri oyuna görə təbrik etdim. Oyunda dominantlıq etdik, amma şanssız 2 qol buraxdıq. Oyuna biz nəzarət etdik, futbolçular çox çalışdılar. Qarşılaşmada geridönüş edə bildik. Dedim ki, belə oynamağa davam etsək, qalib gələcəyik.
Əsas məsələ odur ki, ikinci qolu tez vurduq. Özünəinam qazandıqdan sonra üçüncü qolu vurduq və sonra rəqib komanda azlıqda qaldı. Dominantlıq etdik və sona qədər böyük həvəslə oynadıq. Görüşün sonuna qədər hesabın kifayət etmədyini düşünərək oynadıq və mən hər şeydən çox bunu istəyirdim", - deyə Buruk açıqlama verib.












