PSJ-nin heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Paris təmsilçisinin aparıcı oyunçularından olan Usman Dembele sıradan çıxıb.

Fransalı hücumçu UEFA Çemopionlar Liqası pley-off mərhələsinin "Monako" ilə oyununda zədələnərək meydana tərk edib. Ayaq əzələsindən zədə alan 28 yaşlı forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Usman Dembele bu mövsüm PSJ-nin heyətində keçirdiyi 25 oyunda 11 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest