18 Fevral 2026, 11:35
FUTBOL
"Qalatasaray"ın müdafiəçisi Roland Şallai karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul" macarıstanlı futbolçunu transfer etmək istəyir. Mersisayd təmsilçisi 28 yaşlı sağ cinah müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.
Macarıstan millisinin üzvü ilə Premyer Liqanın digər klubu "Brentford" da maraqlanır.
Qeyd edək ki, Roland Şallai bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 32 oyunda 1 qol vurub, 6 qol ötürməsi edib.

_1771417731.jpg)










