18 Fevral 2026, 11:56
FUTBOL
"Mançester Yunayted" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"da çıxış edən Mateus Manenin xidmətində maraqlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Mançester Yunayted" artıq İngiltərə U-18 millisinin üzvünün meneceri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Mateus Mane 2024-cü ildə "Vulverhempton"un akademiyasına cəlb olunub. 18 yaşlı hücumameyilli yarımümdafiəçi bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.





_1771417731.jpg)






