"Ayntraxt"ın yarımmüdafiəçisi Mario Götze hücumçu Kriştiano Ronaldo ilə birlikdə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynamaq istəyir.

Matc.az xəbər verir ki, o, bu barədə MBC1-ə açıqlamasında deyib.

"Seçim imkanım olsaydı, "Əl-Nəsr"ə gedərdim, çünki Kriştiano Ronaldo orada oynayır. Amma təbii ki, məsələ yalnız bir konkret klubda deyil. Turnirin özü və hadisələrin necə inkişaf etməsi də vacibdir, xüsusən də gənc oyunçular üçün", - deyə almaniyalı futbolçu açıqlama verib.

Qeyd edək ki, bu mövsüm Götze Frankfurt klubunun heyətində bütün yarışlarda 25 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest