"Düşünürəm ki, ilk oyunun birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq. Fasilədən sonra daha yaxşı mübarizə apardıq. Birinci yarıda da belə oynamalıydıq".
“Qarabağ”ın futbolçusu Joni Montiel Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında bunları deyib:
– Düşünürəm ki, ilk oyunun birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq. Fasilədən sonra daha yaxşı mübarizə apardıq. Birinci yarıda da belə oynamalıydıq. Bu yarışın səviyyəsi bəllidir. Düşünürəm ki, ilk oyununun ikinci hissəsindəki kimi oynasaq, yaxşı nəticə əldə edə bilərik.
– Bu mərhələdə, komandadan, özünüzüdən gözləntiləriniz nə idi?
– Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Hansısa oyunun asan keçdiyini xatırlamıram. Azərbaycanın ən böyük klubu olaraq bilirəm ki, bizdən gözləntilər yüksəkdi. Çalışdığımız qədər bunların qarşılığını verməyə çalışdıq.
– Hansı mövqedə daha məhsuldar olacağınızı düşünürsünüz? Bəzən “10 nömrə”, bəzən vinger kimi oynayırsınız…
– Tez adaptasiya olmaq kimi xüsusiyyətim var. Lakin özümü “10 nömrə” kimi daha yaxşı hiss edirəm. Bu mövqedə oynayanda daha faydalı oluram. Ancaq digər mövqelərə də ehtiyac olarsa, oynamağa hazıram.









_1771851421.jpg)


