23 Fevral 2026, 14:33
ÇEMPİONLAR LİQASI
"Yuventus" UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qalatasaray"la cavab oyununa ciddi itki ilə çıxa bilər.
Matc.az xəbər verir ki, Turin təmsilçisinin liderlərindən olan Kenan Yıldızın qarşılaşmanı buraxmaq ehtimalı var. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Türkiyəli vinger komandanın son məşqində iştirak etməyib. Kenanın sol baldırında ağrı var. 20 yaşlı futbolçunun "sarı-qırmızılar"a qarşı oynayıb-oynamayacağı sabah məlum olacaq.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 35 oyunda 9 qol vurub, 8 qol ötürməsi edib.






_1771858955.jpg)


_1771851421.jpg)


