Çempionlar Liqasının pley-off mərhələsində fevralın 25-də keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Cavab oyununa gedirik. Əlbəttə ki, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik. Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıq. Baxmayaraq, psixoloji zərbə aldıq, hazırlığımız pis deyil. Çalışırıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək.
– Birinci oyunun ikinci hissəsində beşli müdafiəçiyə keçdiniz və yaxşı oynadınız. Gələcək matçlarda bu sistemi yoxlamağı düşünmürsünüz?
– Xeyr. Biz öz oyunumuzu daha yaxşılaşdırmalıyıq.
– Açıq məşq burda oldu. “Nyukasl”la səfər oyunu öncəsi bu qərarı verməyinizə səbəb nə idi?
– Belə hallar olub. Sadəcə Bakıdakı maçtdan sonra bərpaya vaxt lazım idi. İki gün öncə getsəydik, hazırlıq planımız pozulardı. Ona görə belə addım atdıq ki, istədiyimiz kimi hazırlaşa bilək.
– Müdafiənin mərkəzi ilə bağlı problem var. Qarşıdakı üç ayda bunu necə çözməyi düşünürsünüz?
– Samidən düşündüyümüzü ala bilmədik. Hər bir halda, başqa variantlar üzərində çalışacağıq.
– Saminin əvəzedici komandaya göndərilməsinin səbəbi sırf nədir?
– İntizam qaydalarını pozmuşdu. Kodekslərimiz var. Məncə, çox danışmağa ehtiyac yoxdur.
– Toral Bayramovun ötən oyunda penalti zamanı güldüyü görüntüləri yayıldı. Onunla bağlı hansısa tədbir görüldü?
– Bəlkə, epizoda qədər nəsə söhbət edirdilər. Düzdür, fikirlərimi bildirdim, amma xırdalıqlara getmək lazım deyil.
– “Neftçi” ilə matç “Nyukasl”la oyunun fonunda yenidən gündəmə gəlib…
– İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından “Neftçi”yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. “Nefçti”yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, “Nyukasl”la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək “Qarabağ” yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. “Nyukasl” illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq. “Neftçi” yox desəydi, yenə işimizi görəcəkdik, sağ ol deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma “Neftçi” rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, “Neftçi” buna razılıq verdi.
– Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, Qubadakı qapıların birinin ölçüsü digərindən 11 sm yüksəkdir. Bu haqda nə deyəcəksiz?
– Ayxan maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib(gülür). “No comment”, fikir bildirməyəcəm.
– Bəhlulun Çinə transferi alınmadı. Daha sonra isə zədələndi. İndi psixoloji durumu necədir?
– Yaxşı deyil, çox üzgündür. Tək Bəhlul yox, hamımız üzgünük. Amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib, gözlənilən idi ki, hansısa məqamda futbolçu yorulur. Belə hallar olur.
– Növbəti mövsüm bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır? Çatışmazlıqlar hansı mövqelərdir?
– Hər mövqeyə baxış keçiririk. Transfer etmək istəyirik. Həm komandada oyunçunu sayını artırmaq, həm də keyfiyyəti yaxşılaşdırmaq istəyirik. Ən azından əldə etdiyimizi saxlamaq istəyiriksə, Premyer Liqada liderlər sırasında olmalıyıq.
– Düşünmək olar ki, “Nyukasl”ı keçmək real görünmədiyi üçün dərinlikdə daha çox “Sabah”la oyunu düşünürsüz?
– İnanın ki, fikrimdə “Nyukasl”la görüşdür. “Sabah”la oyun barədə düşünmürük. Böyük turnirdir. Reallığa baxsaq, oradakı matçda yaxşı nəticə əldə etməyimiz real görünmür. Amma biz bu turnirdən həzz almalıyıq, futbolçular bu turnirdə böyüyürlər, böyük məğlubiyyətlər həmişə idmançını möhkəm edir. Bu cür böyük komandalara qarşı, belə tribunlarda oynamaq özü ayrıca məsuliyyətdir. Bu gün var İgitlərə Premyer Liqası və Avropa futbolu. Bu liqa digələrindən fərqlənir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Onların hazırda futbola yönəldiyi məbləğlər, infrasturktur digərlərini üstələyir. Bilirik, hara gedirik. Həmişə futbolçularımdan cəsarətli olmaqlarını istəyirəm. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. Hazırda fikrimiz “Nyukasl”la səfər matçıdır. Optimal formada olmaq istəyirik. Nə qərarlar versək, sırf bu oyuna görə veriləcək.
– “Qarabağ” bu mövsüm çox uğurlu çıxış etdi və tələblər artacaq. Bu haqda fikriniz necədir?
– Tamamilə doğrudur. Əgər bir insan, kollektiv müəyyən səviyyəyə qalxıbsa, ən asanıdır. Orada qalmaq çətindir. Məsuliyyətimiz, tələblər artır, gözləntilər çoxalır. Bu oyunlarda hiss edirik. Yaxşı qələbələrimiz oldu. Nəticələr baxsaq, 10 xal əldə etdik. ÇL kimi böyük turnirdə 10 xal əldə etmək, böyük uğurdur. Hansısa oyunda uduzurduq, həmən neqativ fikirlər dolaşırdı. Biz gözləntiləri hiss edirdik. Qaçılmazdır. Buna görə futbol çox sevilir, dünyada yəqin ki, 1 nömrəli müzakirə mövzusudu futboldur. Buna görə bizə dayanmaq, durmaq olmaz. həmişə işimizə pozitiv yanaşmalıyıq ki, uğurlarımızı qoruyub-saxlaya bilək.
– Sabah az oynayan futbolçuları meydanda görə biləcəyik?
– Xeyr, optimal heyətlə çıxacağıq.





_1771858955.jpg)



_1771851421.jpg)


