"Qalatasaray" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Yuventus"un qonağı olacaq.

Matc.az xəbər verir ki, ilk görüşdə 5:2 hesablı qələbə qazanan İstanbul təmsilçisinin mərhələ adlamaq şansı yüksəkdir.

Klub rəhbərliyi 1/8 finala vəsiqə qazanılacağı təqdirdə komandaya yüksək məbləğdə mükafat vəd edib. "Sarı-qırmızılar" növbəti raunda yüksəlsə, kollektivə 2 milyon avro mükafat veriləcək. 

Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" qarşılaşması fevralın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest