Bruno Gimarayeş, Tino Livramento və Emil Kraft zədəlidir. Malik Tiav isə ilk matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb.
"Nyukasl" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Matc.az xəbər verir ki, İngiltərə təmsilçisi qarşılaşmaya 4 itki ilə çıxacaq. Bu barədə klubun məətbuat xidməti məlumat yayıb.
Bruno Gimarayeş, Tino Livramento və Emil Kraft zədəlidir. Malik Tiav isə ilk matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 00:00-da start götürəccək. Komandalar arasında Bakıda baş tutan ilk görüş ingilislərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.







_1771937039.jpeg)




