Azərbaycan I Liqasında çıxış edən “Şimal” klubu heyətini yeni legionerlə gücləndirib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Fil Dişi Sahilindən olan 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.

Futbolçu ilə cari mövsümün sonunadək olan müqavilə imzalanıb.

Donald karyerası ərzində Moldovanın “Saksan” və Azərbaycanda “Mingəçevir” komandalarında çıxış edib. Hücumçunun “Şimal”ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest