"Borussiya" müdafiəçi Niklas Süle və yarımmüdafiəçi Salih Özcanın mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Dortmund klubunun mətbuat xidməti paylaşıb.

"Bu həftə hər iki futbolçu ilə çox açıq və konstruktiv müzakirələr apardıq. Nəticədə, Niklas və Salihlə mövsümün sonunda yollarını ayırmaq barədə razılığa gəldik", - deyə klubun baş direktoru Lars Riken açıqlama verib.

Qeyd edək ki, Süle 2022-ci ilin yayından Dortmund komandasınınn formasını geyinir. Bu müddət ərzində müdafiəçi bütün yarışlarda 108 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Özcan isə 2022-ci ilin yayından "Borussiya"da oynayır. O, 92 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest