"Bayer" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Arsenal"ın qonağı olacaq.

Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Kasper Yulmann oyundan əvvəl keçirilən mətbuat konfransında açıqlama verib. Danimarkalı mütəxəssis İngiltərəyə qələbə qazanmaq üçün getdiklərini deyib:

“Stadionda xüsusi atmosfer, fəal, hücumameyilli və aqressiv oynayacaq rəqib gözləyirik. Lakin biz bu cür oyuna tam hazırıq. Bu mövsüm Çempionlar Liqasında artıq əla nəticələr göstərmişik, səfərdə "Mançester Siti" üzərində qələbə qazanmışıq. Bura qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək üçün gəlmişik. Komanda qələbələrə acdır. Londonda uğur qazanacağımıza inanırıq”.

Qeyd edək ki, "Arsenal" - "Bayer" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Almaniyada baş tutan ilk matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest