ESPN İspaniya La Liqasının futbolçuları arasında oyunlar zamanı ən çox qıcıqlandırıcı davranış göstərən məşqçini müəyyən etmək üçün sorğu keçirib.

Matc.az xəbər verir ki, anonim qalmaq istəyən 30 oyunçu bildirib ki, onların 43,3%-i "Atletiko"un baş məşqçisi Dieqo Simeonedən narazıdır.

"Xetafe"dən Xose Bordalas 23,3% səslə ikinci, "Vilyarreal"dan Marselino Toral isə 13,3% səslə üçüncü olub. Sorğuda həmçinin "Jirona"dan Mişel Sançes (6,6%) və "Real"ın sabiq çalışdırıcısı Xabi Alonso (3,3%) də qeyd olunub.

Qeyd edək ki, İspaniya çempionatının 28 turundan sonra "Atletiko" 57 xalla turnir cədvəlində dördüncü yerdədir. "Barselona" 28 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest