çempionlar Liqasında III turun ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, "Roma"nın üzvü Edin Dzeko ən yaxşı adına layiq görülüb.

Rusiya MOİK-inin qapısından 2 top keçirən bosniya və herseqovinalı digər namizədləri qabaqlayıb. O, azarkeşlər arasındakı səsvermədə Məhamməd Salah ("Liverpul"), David Silva ("Mançester Siti") və Əşrəf Hakimini ("Borussiya" D) arxada qoyub.

Qeyd edək ki, "Roma" MOİK-i 3:0 hesabı ilə məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest