"Mançester Yunayted" "Nyukasl"ın və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.

"Qırmızı şeytanlar"ın rəhbərliyi bu yay yarımmüdafiə xəttini iki oyunçu ilə gücləndirməyi planlaşdırır. Komandanın aparıcı futbolçularında olan Bruno Fernandesin də rəğbət bəslədiyi Tonali onlardan biri ola bilər.

"Mançester Yunayted" Tonali ilə müqavilə imzalamaq üçün xeyli vəsait xərcləməyə hazırdır və mövsümün sonuna qədər "Yuventus" və yarımmüdafiəçinin keçmiş klubu "Milan" da daxil olmaqla rəqiblərini qabaqlamaq üçün transferi razılaşdırmağı hədəfləyir.

Qeyd edək ki, Tonalinin "Nyukasl"la müqaviləsi 2028-ci ilin yayına qədərdir və onun transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. 25 yaşlı italyan futbolçu bu mövsüm "Nyukasl"da bütün yarışlarda 47 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest