"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslayi bu mövsüm Premyer Liqada klubun ən dəyərli oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.
Yarımmüdafiəçi sağ cinah müdafiəsi də daxil olmaqla müxtəlif mövqelərdə oynamasına baxmayaraq, bu mövsüm 20 qolda iştirakı olub.
Bildirilir ki, Soboslayi bu mövsüm hər matçda möhtəşəm oyun sərgiləyib, inanılmaz cərimə zərbələri və virtuoz set ifası ilə komandanı dəfələrlə çətin vəziytyətdən çıxarda bilib. O, açıq-aydın komanda daxilində nümunə və liderə çevrilib.
ESPN, həm fərdi qabiliyyətlərini, həm də komandalarının taktikasındakı rollarını nəzərə alaraq, Premyer Liqanın ən yaxşı klublarında ən dəyərli oyunçuların siyahısını tərtib edib. Tədqiqatda yalnız bu mövsüm Premyer Liqa və Çempionlar Liqasında ən azı 900 dəqiqə oynamış oyunçular nəzərdən keçirilib.
Tədqiqatda "Opta" və "Gradient Sports" analitik portallarının məlumatlarından istifadə olunub.












