03 Aprel 2026, 02:28
FUTBOL
"Everton" "Mançester Siti"dən icarəyə götürdüyü yarımmüdafiəçi Cek Qrilişi cari mövsümün sonunda komandada saxlayacağına ümid edir.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic"in məlumat yayıb.
Bildirilir ki, Liverpul təmsilçisinin Qrilişi 50 milyon funt-sterlinqə (57,5 milyon avro) almaq imkanı var. "Everton"un transferi başa çatdırmaqdansa, onun icarə müddətini uzatması ehtimalı daha yüksəkdir.
Yarımmüdafiəçi cari mövsüm "Everton"da 22 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.












