Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən ayrılıb. 72 yaşlı funksioner bu gün keçirilən fövqəladə iclas zamanı istefa verib.
Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən ayrılıb.
Matc.az xəbər verir ki, 72 yaşlı funksioner bu gün keçirilən fövqəladə iclas zamanı istefa verib.
Bu qərar milli komandanın növbəti uğursuzluğundan sonra qəbul olunub. İtaliya yığması dünya çempionatına vəsiqə qazana bilməyib. Komanda pley-off finalında Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzub.
“Skuadra Adzurra” ardıcıl üçüncü dəfə mundialdan kənarda qalacaq. Bu nəticə İtaliya futbolunu köklü dəyişikliklərə hazırlaşmağa məcbur edir. Mənbələrin məlumatına görə, Qravinanın istefası yalnız tam yenilənmə prosesinin ilk addımıdır.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsinə seçilmişdi.





_1775152113.jpg)

_1775148795.jpg)




