Canluici Buffon İtaliya milli komandasının nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verib.

Matc.az xəbər verir ki, o, bu xəbəri sosial media hesabında paylaşıb edib.

Sabiq qapıçı 2026-cı il dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina ilə oyundan dərhal sonra komandadan ayrılmaq niyyətində olduğunu, lakin ona gözləməyi xahiş etdildiyini deyib.

"Bosniya və Herseqovina ilə oyunun bitməsindən bir dəqiqə sonra istefa vermək ruhumun dərinliyindən gələn qaçılmaz bir addım idi. Bu, hamınızın paylaşdığı göz yaşları və ürək ağrısı qədər kortəbii idi. Hamının düşünməyə vaxtı olsun deyə gözləməyim istəndi".

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina istefa verdikdən sonra Buffon da komandanın əsas məqsədinə çatmamasının məsuliyyətini öz üzərinə götürməyə qərar verib.

Buffon qapıçısı 2023-cü ilin avqust ayından bəri nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışır.

Qeyd edək ki, Buffon Gennaro Qattuzonu milli komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyin əsas tərəfdarından idi.

İtaliya millisi seçmə mərhələnin pley-offunun finalında Bosniya və Herseqovinaya uduzduqdan sonra 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq şansını itirib. İtaliya milli komandasının ardıcıl üçüncü dəfədir ki, dünya çempionatına vəsiqə qazana bilmir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest