02 Aprel 2026, 12:13
FUTBOL
“Wyndham Garden” otelində keçirilən izalanma mərasimində AFFA və “Eyeball” şirkətinin rəhbərliyi, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə "Eyeball" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Matc.az xəbər verir ki, müqaviləni şirkətin direktoru Manfred Lerley və AFFA-nın baş katibi Cahangir Fərəcullayev imzalayıblar.
“Wyndham Garden” otelində keçirilən izalanma mərasimində AFFA və “Eyeball” şirkətinin rəhbərliyi, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Bildirilib ki, “Eyeball” şirkətinin kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq.
Ardınca rəsmilər müqavilə ilə bağlı fikirlərini bölüşüblər.
Fərəcullayev “Müasir dünyanın rəqəmsal dövründə yaşayırıq. Futbol da bu müasir texnalogiyaya inteqrasiya olunur. Bizdə gənclər və uşaq liqalarında priblemlərin olduğu sirr deyil. Çexiyanın "Eyeball" şirkəti ilə əməkdaşlıq bizə uşaq və gənclərin performansı üzrə məlumat bazası formalaşdırmağa kömək edəcək. Əsas məqamlardan biri performans bazası yaratmaq və bunun sayəsində milliyə namizəd oyunçuları diqqətdə saxlamaq imkanımız olacaq. Daha bir önəmli məqam odur ki, data-baza Avropa skautları ilə mübadilə ediləcək, məlumatlar qarşıdakı azı iki il ərzində onlara açıq olacaq. Bir sözlə, bu, bir əlamətdar hadisədir” – deyərək əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Şirkətin direktoru Manfred Lerley da yeni əməkdaşlığı yüksək dəyərləndirib: “Eyeball” qlobal platformadır. Avropanın 50 ölkəsi ilə uğurlu şəkildə əməkdaşlıq edirik. Əsas ofisimiz Çexiyada yerləşir. 400 min futbolçu platformamızdan yararlanır. İspaniya La Liqası klublarının 40, İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və Almaniya Bundesliqası təmsilşilərinin hər birinin 50, Fransa Liqa 1-in 70 faizi ilə işbirliyimiz var. Konkret klublardan "Mançester Siti", Liverpul", "Bayern Münhen, "Borussiya Dortmund", PSJ kimi Avropa nəhəngləri bizim imkanlarımızdan yararlanır".
Ardından tərəflər 2 illik müqaviləyə imza atıblar.












