02 Aprel 2026, 14:16
FUTBOL
PSJ-nin hücumçusu Qonsalu Ramuş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Çelsi" və "Nyukasl" portuqaliyalı hücumçunu transfer etmək istəyir. 24 yaşlı forvard Fransa klubundan ayrılmağa və İngiltərədə oynamağa isti yanaşır.
Qeyd edək ki, Qonsalu Ramuş bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 11 qol vurub, 2 qol ötürməsi edib. Onun Paris təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.












