03 Aprel 2026, 09:20
FUTBOL
Portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva "Mançester Siti" ilə müqaviləsini yeniləməmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrizio Romano paylaşıb.
Bildirilir ki, oyunçu bu yay klubdan azad agent kimi ayrılacaq. Bernardo və komandası bu ay bütün variantları və təklifləri nəzərdən keçirməyə başlayacaq. Yarımmüdafiəçi ilə Avropa, Səudiyyə Ərəbistanı və MLS klubları maraqlanır.
Silva 2017-ci ilin yayından bəri ingilis klubuna forma geyinir. Cari mövsümündə portuqaliyalı oyunçu "Mançester Siti"də 42 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib












