08 Aprel 2026, 18:20
FUTBOL
Braziliya Futbol Federiasiyası milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi italiyalı mütəxəssislə uzun illər yola davam etmək istəyir. Bu barədə ESPN televiziyası məlumat yayıb.
Federasiya Ançelottinin müqaviləsinin müddətini 2030-cu ildə keçiriləcək dünya çempionatının sonuna qədər uzadacaq. 66 yaşlı məşqçinin illik maaşı 10 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Karlo Ançelotti 2025-ci ilin mayında Braziliya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub.









_1775660874.jpg)


