"Çelsi" argentinalı cinah oyunçusu Alexandro Qarnaçonu bu yay icarəyə verə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.

Bildirilir ki, "River Plate" oyunçu ilə maraqlanır. Argentina klubunun baş məşqçisi Eduardo Kude artıq Qarnaço ilə mümkün transfer barədə razılığa gəlib. "Çelsi"nin cinah oyunçusunu "River Plate"ə icarəyə göndərmək imkanını problemsiz nəzərdən keçirəcəyi gözlənilir.

Qarnaço ötən yay "Mançester Yunayted"dən "Çelsi"yə 46,2 milyon avroya keçib. Bu mövsüm 21 yaşlı cinah oyunçusu bütün turnirlərdə 37 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Qarnaçonun "Çelsi" ilə müqaviləsi 2032-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" hazırda Argentina millisinin oyunçusunu 40 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest