12 Aprel 2026, 11:15
FUTBOL
"Yuventus" klubu cinah oyunçusu Jeremy Boqa ilə uzunmüddətli müqavilə imzalamaq üçün razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, İtaliya klubu iyun ayında oyunçunun "Nitsa"dan 5 milyon avroya satın alma seçimini aktivləşdirməyi planlaşdırır. Oyunçunun özü də komandada qalmaq istəyini bildirib.
Bu mövsüm 29 yaşlı ivuarlı futbolçu "Nitsa" və "Yuventus"da ümumilikdə 31 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, A Seriyasında Turin klubunun heyətində 9 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Jeremy cari ilin fevral ayından bəri İtaliya komandasında icarə əsasında oynayır. "Transfermakt"da onun hazırkı dəyəri 8 milyon avrodur.












