Əfsanəvi xorvat yarımmüdafiəçisi Luka Modriç yalnız bir sıra şərtlər yerinə yetirildiyi təqdirdə "Milan"la müqaviləsini daha 1 il uzatmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Canluka Di Marsio paylaşıb.

Bildirilir ki, bu şərtlərə gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq, Massimiliano Alleqrini baş məşqçi vəzifəsində saxlamaq və komandanı əhəmiyyətli dərəcədə gücləndirəcək iddialı transfer kampaniyası daxildir.

Modriç ötən yay "Real" "Milan"a azad agent kimi qoşulub. Bu mövsüm 40 yaşlı mütəxəssis İtaliya klubunda bütün yarışlarda 34 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Milan"ın Modriçlə davam etmək istəyi mart ayında açıqlanmışdı. Oyunçunun hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest