Kanada çempionatında "Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerin təklif etdiyi yeni ofsayd qaydalarına əsasən ilk qol vurulub.

Matc.az xəbər verir ki, "Pasifik"in hücumçusu Alexandro Dias qolu "Halifaks Vanderers" ilə matçın 20-ci dəqiqəsində vurub. Görüş 2:2 hesabı ilə başa çatıb.

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) yeni qayda dəyişikliklərini sınaqdan keçirməyə qərar verib. Belə ki, əgər bədənin qol vura bilən hər hansı bir hissəsi sonuncu müdafiəçinin xəttində və ya arxasındadırsa, oyunçu ofsayd deyil.

Hazırda, hücum edən oyunçunun qol vura bilən bədəninin hər hansı bir hissəsi ötürmə anında qapıçı da daxil olmaqla sonuncu müdafiəçidən rəqibin qapısına daha yaxındırsa, ofsayd hesab olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest