Карлсруэ

"Karlsrue"nin hücumçusu Luey Ben Farhat karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Africa Foot" nəşri məlumat yayıb.

"Qalatasaray" tunisli futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 19 yaşlı forvard üçün Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Luey Ben Farhat bu mövsüm "Karlsrue"nin heyətində keçirdiyi 17 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest