"Çətin oyun olacağını bilirdik. “Sabah” çox keyfiyyətli və güclü komandadır. Amma matça yaxşı hazırlaşmışdıq, ən azı məğlub olmamağı istəyirdik".
Misli Premyer Liqasının XXIX turunun “Sabah” – “Karvan-Yevlax” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.
Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Çətin oyun olacağını bilirdik. “Sabah” çox keyfiyyətli və güclü komandadır. Amma matça yaxşı hazırlaşmışdıq, ən azı məğlub olmamağı istəyirdik. Qırmızı vərəqə oyuna ciddi təsir etdi. “Sabah”a qarşı 10 nəfərlə oynamaq çətindir. Boşluqlara yol verdik və səhvlərdən sonra qollar buraxdıq. Nəticəyə baxmayaraq, futbolçulara təşəkkür edirəm, sona qədər mübarizə apardılar.
– Bu gün daha çox müdafiədən oynadınız. Bu, nə ilə bağlı idi?
– “Sabah” çox pressinq edən komandadır. Çalışırdıq ki, onların təzyiqindən çıxaq və epizod verməyək. Hesab 0:2 olandan sonra meydanda futbolçu sayı bərabərləşdi. Buna baxmayaraq, yenə qapalı oynamağa, rəqibə şans verməməyə çalışdıq.
– Qapıçınız Pedro yaxşı oynadı…
– O, bütün matçlarda çox yaxşı performans göstərir. Tək o yox, bütün futbolçular son matçlarda yaxşı çıxış edirlər.








_1777326939.jpg)



