06 May 2026, 00:02
FUTBOL
Türkiyə Kubokunda finala yüksələn ilk komandanın adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, yarımfinal mərhələsində "Beşiktaş" "Konyaspor"la üz-üzə gəlib.
"Konyaspor" qarşılaşmanın 90+8-ci dəqiqəsində, Bardhinin vurduğu penalti qolu ilə finala vəsiqə qazanıb.
Qeyd edək ki, Türkiyə Kubokunun digər yarımfinal qarşılaşmasında "Gənclərbirliyi" "Trabzonspor"la üz-üzə gələcək. Görüş mayın 13-də baş tutacaq.












