19 May 2026, 19:02
FUTBOL
"Latsio"nun çalışdırıcısı Mauritsio Sarri "Napoli"nin yeni baş məşqçisi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Canluka Di Marsio paylaşıb.
Ötən gün "Napoli"nin hazırkı məşqçisi Antonio Kontenin cari mövsümün sonunda klubdan ayrılacağı bildirilib. İtaliya klubunun prezidenti Aurelio De Laurentis artıq Sarrini Kontenin yerinə əsas namizəd kimi müəyyən edib.
"Atalanta" da Sarri ilə əməkdaşlıq etmək istəyir, lakin "Napoli" 2015-ci ildən 2018-ci ilə qədər onlarla çalışmış mütəxəssisin doğma klubuna qayıtmağı seçəcəyinə əmindir.
Əgər Sarrinin keçidi baş tutmasa, "Napoli" Massimiliano Allegri ("Milan"), Fabio Qrosso ("Sassuolo") və Vinçenzo İtaliano ("Bolonya") kimi mütəxəssisləri də nəzərdən keçirəcək.













