Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşması məqsədilə  "Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.

Matc.az xəbər verir ki, bu barədə Qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərininin ləngiməməsi üçün klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən, Misli Premyer Liqasının XXXIII turunun "Turan Tovuz" - "Sabah" oyunu Bank Respublika Arenada keçiriləcək.

Stadionu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsəd avrokubok oyununu doğma meydanda keçirməkdir.

Qeyd edək ki, "Turan Tovuz" UEFA Konfrans Liqasında iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest