"Trabzonspor" "Beşiktaş"dan icarəyə götürdüyü Ernest Muçinin transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Qara Dəniz təmsilçisi almaniyalı hücumameyilli yarımmüdafiəçi üçün 8,5 milyon avroluq satınalma bəndini işə salacaq. Bundan sonra 25 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, "Trabzonspor" Ernest Muçini 2025-ci ilin sentyabrında icarəyə götürüb. O, komandanın heyətində keçirdiyi 34 oyunda 15 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest