"Çelsi" Enzo Mareskanı baş məşqçi təyin edəcəyi təqdirdə "Mançester Siti"dən təzminat tələb etmək niyyətindədir. Əgər təzminat ödənilməsə, London klubu araşdırma üçün İngiltərə Premyer Liqasına müraciət edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, italiyalı mütəxəssisin "Çelsi"yə rəhbərlik edərkən "Mançester Siti" ilə danışıqlar aparması London klubunu qəzəblənib.

Klublar razılığa gələ bilməsələr, "Çelsi" Mareskanın "Stemford Bridc"də baş məşqçi olduğu dövrdə "Siti" ilə danışıqlar apardığına əsaslanaraq, Premyer Liqaya müraciət edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest