Karlo Ançelottinin Braziliya millisinin dünya çempionatına daxil etmədiyi Joao Pedro açıqlama verib.

Matc.az xəbər verir ki, "Çelsi"nin hücumçusu mundialda komandanı dəstəkləyəcəyini deyib:

"Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Təəssüf ki, ölkəmi dünya çempionatında təmsil etmək xəyalımı gerçəkləşdirmək mümkün olmadı. Sevinclər də, məyusluqlar da futbolun bir parçasıdır. Bundan sonra orada olan hər kəsə uğurlar arzulayıram. Mən də 6-cı dünya çempionluğunu ölkəmizə gətirmələri üçün onları dəstəkləyən bir azarkeş olacağam".

Qeyd edək ki, Joao Pedro bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 20 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest