19 May 2026, 18:36
FUTBOL
"İnter" baş məşqçi Kristian Çivunun müqaviləsini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.
Rumıniyalı məşqçinin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Yeni müqavilə 2028-ci ilin yayına qədər davam edəcək və əlavə bir mövsüm uzadmaq üçün seçim imkanı olacaq. Məşqçinin maaşı təxminən ikiqat artaraq ildə 4 milyon avroya çatacaq. Müqavilənin şərtləri artıq razılaşdırılıb.
Çivu 2025-ci ilin yayından bəri "İnter"ə rəhbərlik edir. 2025/26 mövsümündə 45 yaşlı məşqçi komanda ilə həm A Seriyasını, həm də İtaliya Kubokunu qazanaraq "qızl dubl"a imza atıb.













