"Monako" "Barselona"nın cinah yarımmüdafiəçisi Ansu Fatini birdəfəlik transfer etməyə çox yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Nice-Matin" nəşri məlumat yayıb.
Kataloniyalıların heyətində icarə əsasında çıxış edən futbolçunun transfer qiyməti 11 milyon avro qiymətləndirilir.
Keçidə mane olan əsas səbəb isə oyunçunun yüksək maaşı idi. Ötən mövsüm ayda 500 min avro qazanan Fatini maaşının yarısını "Barselona" ödəyirdi. "Monako" əvvəlcə bu məbləği təkbaşına qarşılamaq istəməsə də, artıq tərəflərin maliyyə şərtlərində tam razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, ötən yay Fransa klubuna 1 illik icarəyə verilən Ansu Fati uğurlu mövsüm keçirib. O, "Monako" forması ilə meydana çıxdığı 30 rəsmi matçda 12 qolla yadda qalıb.













