PSJ-nin futbolçuları UEFA Çempionlar Liqasının finalında "Arsenal"a qalib gələcəkləri təqdirdə böyük məbləğdə mükafat qazanacaqlar.

Matc.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "L'Équipe" nəşri məlumat yayıb.

Bildirilir ki, turnirin qalibi olacaqları təqdirdə Paris klubunun hər bir oyunçusuna təxminən 1 milyon avro bonus veriləcək.

Maraqlıdır ki, Fransa nəhənginin rəhbərliyi ötən mövsümün finalında "İnter"i 5:0 hesabı ilə məğlub edən futbolçulara da eyni məbləğdə mükafat ödəmişdi.

Bonusların miqdarı hələ mövsümün əvvəlində müəyyənləşib. Klub rəhbərliyi ilə aparılan danışıqlarda komandanın dörd kapitanı – Markinyos, Usman Dembele, Əşrəf Hakimi və Vitinya iştirak edib.

Qeyd edək ki, Çempionlar Liqasının həlledici matçı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest