"Atalanta" baş məşqçisi Raffaele Palladino ilə yollarını rəsmən ayırıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssisin 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqaviləsi vaxtından əvvəl ləğv edilib. Palladino ilə yanaşı, onun bütün məşqçilər heyəti də Berqamo təmsilçisindən ayrılıb.

Xatırladaq ki, italiyalı çalışdırıcı ötən ilin noyabr ayında xorvatiyalı İvan Yuriçi əvəz edərək "Atalanta"da işə başlamışdı. Onun rəhbərliyi altında komanda İtaliya A Seriyasında mövsümü turnir cədvəlinin 6-cı pilləsində başa vuraraq Konfrans Liqasına vəsiqə qazanıb.

"Atalanta"nın yeni baş məşqçisinin Mauritsio Sarrinin olacağı gözlənilir. Təcrübəli mütəxəssisin bu təyinat üçün əvvəlki klubu "Latsio" ilə müqaviləsinə xitam verdiyi bildirilir. Qeyd edək ki, "Atalanta"ya keçməzdən əvvəl Palladino "Monsa" və "Fiorentina" klublarında da çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest