27 İyul 2026, 18:31
FUTBOL
"Qəbələ" Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın "Dunayska Streda" klubunun təklifini müsbət cavablandırıb.
"Qəbələ" Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın "Dunayska Streda" klubunun təklifini müsbət cavablandırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər qanalı futbolçunun transferi ilə bağlı rəsmən razılığa gəliblər.
20 yaşlı vinger 2025-ci ilin iyulunda Qananın "Nayan" Akademiyasından əyalət təmsilçisinə cəlb olunmuşdu. O, "Qəbələ"nin heyətində meydana çıxdığı 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Klub rəhbərliyi Prins Ovusuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.












