İngiltərə millisinin mərkəz müdafiəçisi Con Stounz "Yuventus"un oyunçusu ola bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, Turin klubu müdafiə xəttini gücləndirmək üçün 32 yaşlı müdafiəçinin namizədliyini nəzərdən keçirir. "Yuventus" transfer imkanlarını müzakirə etmək üçün artıq ingiltərəli futbolçu ilə əlaqə saxlayıb.

Əlavə edək ki, 32 yaşlı Stounz ötən mövsüm "Mançester Siti" forması ilə 19 oyuna çıxıb və məhsuldar addımlarla fərqlənməyib. Bu ilin aprelində oyunçu azad agent kimi klubu tərk edib.

Bu il keçirilən dünya çempionatında isə mərkəz müdafiəçisi İngiltərə millisinin heyətində bürünc medal qazanıb. Stounz mundialda beş matçda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest