"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ilin MLS ulduzları matçını buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, Messi Argentinanın finala qədər yüksəldiyi dünya çempionatında iştirak etdiyi üçün MLS rəhbərliyindən bu oyunu buraxmaq üçün rəsmi icazə alıb.
Eyni səbəbdən 39 yaşlı hücumçunun klub və yığmadakı komanda yoldaşı Rodriqo De Paul da ulduzlar matçında iştirakdan azad edilib.
Meksikanın "Monterrey" klubuna transfer olunan hücumçu Uqo Keypers və "Çikaqo Fayr"ın müdafiəçisi Mbekezeli Mbokazi də qarşıdan gələn oyunu qaçıracaqlar.
Onları Yannik Brayt ("İnter Mayami"), Andres Kubas ("Vankuver"), Gilerme Vieyra ("Dinamo Hyuston") və Filipp Sinkernagel ("Çikaqo Fayr") əvəzləyəcəklər.
Beləliklə, Messi ardıcıl üçüncü dəfə MLS ulduzları matçını buraxmalı olacaq. Cari ildə Meksika Liqa MX ulduzlarına qarşı keçiriləcək oyun iyulun 29-da Şarlott şəhərində baş tutacaq.













