İtaliyanın "Komo" klubu gənc oyunçuların təhlükəsizliyi məqsədilə öz akademiyasında başla oyuna məhdudiyyətlər tətbiq edib.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, belə bir qərar kəllə-beyin travmalarının qarşısını almaq, həmçinin oyunçuların rifahını və klubun texniki inkişafını təmin etmək məqsədilə qəbul edilib.

Bundan sonra U-10 səviyyəsində uşaqlara başla oynamaq ümumiyyətlə qadağan edilir. Bu yaş kateqoriyasındakı futbolçuların matçlarında künc zərbələri yerdən oynanılacaq aut atışları ilə əvəz olunacaq.

Artıq U-11 səviyyəsində uşaqlara mövsümün sonuna qədər xüsusi rezin topla başla oynamağa icazə veriləcək. 12 yaşınadək kateqoriyada olan oyunçular üçün isə həmin yüngül rezin topla ayda bir dəfə başla oyun məşqləri keçiriləcək və gündə beş cəhddən çox olmayacaq.

U-13 səviyyəsində autların atılmasına dair məhdudiyyətlər yumşaldılacaq: bu yaşda futbolçular autları əllə yerinə yetirə biləcəklər, lakin topu baş səviyyəsindən aşağı yönəltmək lazım gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest