Yaponiyalı libero Minami Yoşioka 2026/27 mövsümündə "Turan" voleybol klubunun heyətinə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli libero yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandanın uğurları üçün mübarizə aparacaq.
1992-ci il təvəllüdlü voleybolçu karyerası ərzində ölkəsinin "Forest Leaves Kumamoto" və "Gunma Green Wings" klublarında çıxış edib. O, həmçinin Filippinin "Iriga City–Navy Oragons", "F2 Logistics Cargo Movers", Almaniyanın "VfB Suhl LOTTO Thüringen" və "SC Potsdam" komandalarının da şərəfini qoruyub. Yaponiya V Liqasının ən dəyərli oyunçusu (MVP) seçilən Yoşioka, müxtəlif turnirlərdə dörd dəfə "ən yaxşı libero" mükafatına layiq görülüb.












