Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev "Qarabağ" klubu ilə birlikdə Avstriyaya təlim-məşq toplanışına yollanıb.

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev "Qarabağ" klubu ilə birlikdə Avstriyaya təlim-məşq toplanışına yollanıb.

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı cinah müdafiəçisi səfərə yollanan futbolçular arasında yer alıb.

Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest