Fransa - İraq matçı tufan təhlükəsi səbəbindən dayandırıla bilər. 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək oyunun taleyi sual altındadır.
Mat.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Hava proqnozlarına görə, Filadelfiyadakı "Linkoln Faynenşel Fild" stadionunda keçiriləcək matç zamanı leysan və şiddətli tufan gözlənilir.
Burada FİFA qaydaları həlledici rol oynamaya bilər. Qarşıdurma ABŞ-da baş tutacağı üçün daxili federal qanunvericiliyə tabe olacaq. Həmin qanuna əsasən, tədbir keçirildiyi yerdən 13 kilometr radiusda ildırım düşərsə, istənilən yarış dərhal dayandırılmalıdır.
Qeyd edək ki, Fransa - İraq oyunu iyunun 23-də başlayacaq. Start fiti Bakı vaxtı ilə saat 01:00-da çalınacaq.













