Bölgə təmsilçisi Lətif Rzayev ilə vidalaşıb.

"İmişli" klubu heyətində dəyişiklik edib. Bölgə təmsilçisi Lətif Rzayev ilə vidalaşıb.

Mat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Xatırladaq ki, gənc futbolçu 2025-ci ilin yayında "İmişli" komandası ilə 2 illik sözləşmə imzalamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest