Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek zədə səbəbindən 2026-cı il dünya çempionatında çıxışını vaxtından əvvəl başa vurub.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı futbolçunun sol topuğunda bağ yırtılması diaqnozu qoyulub. Oyunçunun yaşıl meydanlara geri dönməsi və tam sağalması ən azı 8 həftə çəkəcək.

Qeyd edək ki, Şlotterbek bu ağır zədəni Fil Dişi Sahili iləkeçirilən matçda alıb. Həmin qarşılaşma Almaniya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest