Kabo-Verde millisi dünya çempionatında tarixi uğura imza atıb. Komanda mundialdakı ilk iki matçının hər birində məğlubiyyətdən qaçmağı bacarıb.

Mat.az xəbər verir ki, bu barədə "OptaJose" məlumat yayıb.

Bununla da Kabo-Verde Afrika təmsilçiləri arasında Seneqalın 24 il əvvəlki uğurunu təkrarlayıb. Seneqal yığması bu nəticəni 2002-ci il dünya çempionatında Fransanı 1:0 hesabı ilə məğlub edərək və Danimarka ilə 1:1 heç-heçə edərək əldə etmişdi.

Dünya çempionatları tarixində debütündə bu nəticəni göstərməyi bacaran cəmi 21 komanda var:

1930: Argentina, ABŞ, Uruqvay, Çili, Yuqoslaviya
1934: İspaniya, İtaliya, Almaniya, Çexoslovakiya, Avstriya
1958: Uels, SSRİ
1966: Portuqaliya
1974: Şərqi Almaniya
1982: Kamerun, Honduras
1986: Danimarka
1990: İrlandiya
1994: Xorvatiya
2002: Seneqal
2026: Kabo-Verde

Xatırladaq ki, Kabo-Verde və Uruqvay DÇ-2026-nın H qrupunda ikinci tur matçında meydandan heç-heçə ilə ayrılıblar. Eyni zamanda Kabo-Verde 1966-cı ildən bəri dünya çempionatı tarixində debüt qolunu cərimə zərbəsindən vuran ilk komanda olub.

Növbəti turda Kabo-Verde Səudiyyə Ərəbistanı, Uruqvay isə İspaniya ilə qarşılaşacaq. Hər iki oyun iyunun 27-də start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest